İngiltərə millisinin 22 yaşlı qapıçısı koronavirusa yoluxdu

13:10 26 May 2020

Futbol üzrə İngiltərə yığmasının və “Bornmut” klubunun qapıçısı Aron Ramzdeyl koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə 22 yaşlı futbolçu özü məlumat verib:

 

“Ötən bazar ertəsi günü məşqə başlamamışdan əvvəl verdiyim testlərdə nəticəm neqativ idi. Nəticəsi neqativ olan ilk testlə ikincisi arasında 3 gün fərq var. Çölə çıxarkən qaydalara əməl etmişdim. Bu, mənim üçün şok oldu. İndi 7 gün karantində qalmalıyam”.


Digər xəbərlər

Xəbər xətti