"Yuventus" və "Milan"ın keçmiş çalışdırıcısı Massimiliano Alleqri məşqçliyə qayıtmaq istəyir.
Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yenidən A Seriyasında çalışmaq istəsə də, hazırda ona təklif yollayacaq böyük klub yoxdur.Məlumata görə, italiyalı mütəxəssislə PSJ və "Mançester Yunayted" maraqlanır. Daha öncə Alleqrinin adı "Nyukasl"la hallanırdı.
Alleqri 2014-2019-cu illərdə "Yuventus"u çalışdırıb.