Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşü isə oktyabrın 27-də oynanılmasına qərar verilib.
Matçların hansı stadionda oynanılacağı və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib.