2021-ci ilin yanvar ayında Kamerunun ev sahibliyində keçirilməli olan Afrika Millətlər Kuboku (AMK) koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.
Sportarena.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası yaxın həftələrdə turnirin təxirə salınması ilə bağlı rəsmi qərarını açıqlayacaq. Millətlər Kubokunun 2022-ci ilin yanvarında keçiriləcəyi gözlənilir.
Turnirin son qalibi Əlcəzair millisidi. AMK hər iki ildən bir keçirilir.