İtaliya A seriyasının bərpa tarixi açıqlandı

03:24 28 May 2020

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa tarixi məlum olub.

 

Sportarena.az xəbər verir ki, dünən 20 klubun nümayəndəsinin iştirakıyla keçirilən videokonfransda A Seriyasının iyunun 13-də bərpa olunmasıyla bağlı plan təsdiqlənib. Bu barədə “Football İtalia” saytı məlumat yayıb.

 

İyunun 13-də A Seriyasının 25-ci turundan təxirə salınan “Atalanta” – “Sassuolo”, “İnter” – “Sampdoriya”, “Torino” – “Parma” və “Verona” – “Kalyari” matçlarının keçirilməsi gözlənilir. A Seriyasının 26-cı turuna isə iyunun 20-dən start veriləcək.

 

Çempionatın bərpası haqda rəsmi qərar mayın 29-da İtaliyanın idman naziri, yerli futbol federasiyası və klubların nümayəndələrinin videokonfransından sonra veriləcək.


Digər xəbərlər

Xəbər xətti