Avropada futbol klubu almaq istəyən türkiyəli prodüser Acun İlıcalı ilk dəfə bununla bağlı açıqlama verib.
Sportarena.az xəbər verir ki, kanallardan birinin efirində qonaq olan Acun “Fortuna Sittard” iddialarını təsdiq edib:
“Hollandiyada hazırda mənimlə bağlı çox iddialar səsləndirilir. “Fortuna Sittard”la maraqlanıram. Türkiyəyə qayıtdıqdan sonra danışıqlar olacaq. Gənc istedadları kəşf edərək türk və dünya futboluna qazandırmaq istəyirəm. Belə bir xəyalım var”.