"Neftçi"nin hücumçusu Baqali Dabo yeni mövsümdən karyerasını Kiprdə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, fransalı hücumçu "Apollon"la şifahi razılığa gəlib. Rəsmi sözləşmə növbəti günlərdə imzalanacaq.
31 yaşlı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.