PSJ “İnter”dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququna yiyələnib.
Sportarena.az xəbər verir ki, argentinalı futbolçu ilə 2024-cü ilin iyunun 30-dək müqavilə imzalanıb. Paris təmsilçisi bu keçid üçün 50+7 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, 27 yaşlı hücumçunun illik maaşı 8 milyon avro olacaq.