“Formula 1” Qran-Prisində tamaşaçıların iştirakına icazə veriləcək

12:08 1 İyun 2020

COVID-19 virusunun yayılma təhlükəsinə baxmayaraq, “Formula 1” üzrə dünya çempionatının Braziliya Qran-Prisində tamaşaçıların iştirakına icazə verilməsi planlaşdırılır.

 

Sportarena.az xəbər verir ki, bu barədə yarışın promouteri Tamas Roxoni məlumat verib.T.Roxoni vurğulayıb ki, Braziliya Qran-Prisinin hazırlıqları cədvələ uyğun icra edilir və təşkilatçılar San-Pauluda daha bir maraqlı yarışın baş tutacağına əmindirlər.

 

“Formula 1”in Braziliya mərhələsinin noyabrın 13-15-i tarixlərində keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, “Formula 1” üzrə dünya çempionatının Niderland, Avstraliya, Monako və Fransa Qran-Priləri ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən müddətə təxirə salınıb. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti