Premyer Liqada komanda sayı artırılmayacaq

12:00 2 İyun 2020

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümündə komanda sayı artırılmayacaq. 

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində deyib.

 

O bildirib ki, koronavirus pandemiyası aşağı dəstədən iki klubun elitaya qalxmasına mənfi təsir göstərəcək: “Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridir. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək”.
 

Qeyd edək ki, “Kəpəz” və “Turan Tovuz” klublarının yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilirdi.


Digər xəbərlər

Xəbər xətti