Bu gün COVİD-19 pandemiyası ilə bağlı yaranmış uzunmüddətli fasilədən sonra "Sabah" ilk məşqinə çıxıb.
Sportarena.az xəbər verir ki, hazırlıqda komandanın bütün üzvləri iştirak edib.
İyunun 21-də Azərbaycan Premyer Liqasında fasilə başa çatacaq. "Sabah" 21-ci turda evdə “Keşlə” ilə qarşılaşacaq.