Emin Mahmudov: "Karyeramın sonuna qədər "Neftçi"də qalmaq istərdim"

12:29 2 İyun 2020

Kapitan Emin Mahmudov “Neftçi” ilə müqaviləsini 3 il müddətinə artırandan sonra klubun rəsmi saytına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, uzun müddətlik müqavilə bağladığına görə özünü xoşbəxt hiss etdiyini bildirən təcrübəli futbolçu karyerasının sonunadək “Neftçi”də qalmaq istədiyini deyib:

 

- Emin, “Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiz?
- Çox xoşbəxtəm! 3 ildi burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətlik müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək “Neftçi”də qalmaq istərdim.

 

- “Neftçi” bu gün məşqləri bərpa edir. Necə düşünürsüz, komanda iyunun 21-dəki ilk oyunadək tam hazır ola biləcək?

- Fiziki hazırlığımızı 100 faiz bərpa edəcəyimizə əmin deyiləm, amma inanıram ki, məşqçilərimiz komandanı maksimum hazır edə biləcək. Qarşıda bizi çox çətin və yorucu çempionat mübarizəsi gözləyir. Buna görə də arxayınlaşmağa haqqımız yoxdu. Təbii ki, ondan sonra avrokuboklar haqda düşünməliyik. Lakin əvvəlcə qalan 8 matçı uğulu keçirmək lazımdı.

 

- Yəqin ki, digər futbolçular kimi siz də karantin dövrü zamanı ev şəraitində formanızı qorumağa çalışmısız? Bu, sizdə nə dərəcədə alınıb?
- Fərdi olaraq çox məşq etmişəm. Qaçış cığırında çox qaçmışam. Əlbəttə, bunlar futbol meydanlarındakı məşqləri əvəz etmir. Bununla belə, hesab edirəm ki, yaxşı formadayam.


Digər xəbərlər

Xəbər xətti