“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubunun öz yetirməsi olan Ömər Buludovla gələn il mayın 31-də bitməli olan anlaşma daha 1 illiyə artırılıb.
Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.