Məşhur rusiyalı döyüşçülər Fyodor Yemelyanenko və Həbib Nurməhəmmədov ABŞ-ın CBS telekanalının tərtib etdiyi reytinqə əsasən, Qarışıq döyüş növləri (MMA) üzrə dünyanın 10 ən yaxşı idmançısı siyahısına daxil ediliblər.
Sportarena.az xəbər verir ki, 43 yaşlı F.Yemelyanenko siyahıda dördüncü yeri tutur. 31 yaşlı H.Nurməhəmmədov isə siyahıda altıncı yerdə qərarlaşıb.Sıralamaya yarımorta çəkidə dünya çempionu, amerikalı döyüşçü Con Cons başçılıq edir.
Braziliyalı Anderson Silva və kanadalı Jorj Sen-Pyer müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar.