Şəhriyar Əliyev "Sumqayıt"dan ayrılır.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi gənclik şəhərinin təmsilçisinin təklifini geri çevirib. Səbəb isə Şəhriyərın yerli klubların birinin daha cəlbedici təklifinə "yox" deyə bilməməsi olub.
Qeyd edək ki, 28 yaşlı stoper 2018-ci ilin yayından "Sumqayıt"da çıxış edir. O, əvvəllər "Kəpəz", "Qarabağ" və "Bakı" klublarında çıxış edib.