“Qarabağ” bu mövsümün sonu müqaviləsi başa çatacaq futbolçuları ilə bağlı məsələyə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, klubun direktoru Əmrah Çelikel bildirib ki, “Qarabağ”da bəzi oyunçularla müqavilənin müddəti iyunun sonunda başa çatır: “Ona görə də hələlik onlarla müqavilənin uzadılmasına dair danışıqlar olmayıb. Amma bu ay ərzində bu, baş verəcək. İnanmıram ki, hər hansı problem yaransın”.
Xatırladaq ki, koronavirus pandemiyasına görə Azərbaycanda futbol mövsümünə bu il avqustun 2-də yekun vurulacaq. Amma FİFA klublara futbolçuları ilə müqavilənin müddətini mövsümün sonuna kimi uzada biləcəyi ilə bağlı da hüquq verib. (qol.az)