Azərbaycan klubları “Turan Kuboku”nda çıxış edə bilər

17:54 3 İyun 2020

Türkdilli ölkələrin futbol klubları arasında yeni turnir keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman yerli mətbuata açıqlamasında deyib. 

 

Federasiya rəsmisi klubların “Turan Kuboku” adı altında keçiriləcək turnirdə oynaya biləcəyini qeyd edib. Teoman yarışın klublara maddi cəhətdən də kömək olacağını vurğulayıb: “Turnir çempionatlara mane olmayacaq. Həmçinin burada təcrübə artırmaq mümkün olar”.

 

Federasiya rəsmisi hesab edir ki, “Turan kuboku” klublara teleyayım və reklam gəlirləri də qazandıracaq.“Turan kuboku”nda Türkiyə, Azərbaycan,  Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.


Digər xəbərlər

Xəbər xətti