"Xəzər Lənkəran" Azərbaycan futbolundan birdəfəlik çəkilir? - AÇIQLAMA

18:13 3 İyun 2020

Bu gün ölkə mətbuatında "Xəzər Lənkəran" rəhbərliyinin klubun fəaliyyətini tam dayandırmağı planlaşdırdığı ilə bağlı xəbərlər yayılıb. 

 

Sportarena.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, hazırda bununla bağlı ətraflı məlumat yoxdur: 

 

"Dəqiq bir şey deyə bilmərəm. İndi ən vacib məsələ günahsız yerə həbsdə olan Mübariz bəyin azad olunması yönündə görülən işlərdir. Akademiya və digər məsələlər müzakirə olunmur".

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın əsas komandası 2016-cı ildə fəaliyyətini dayandırsa da, akademiyanın 3 yaş qrupu ölkə çempionatında çıxışlarını davam etdirib. Amma ötən müddətdə də AFFA ilə ixtilaflar bitməyib. (sport7.az)


Xəbər xətti