Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib.
Sportarena.az xəbər verir ki, Həmidov bu gün xərçəng xəstəliyindən ölüb. Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin 4-cü hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.
Mərhum 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. O, AFFA-da hakim inspektor vəzifəsində çalışıb.