“Bu məsələni özümdən çıxarmamışdım” - Ramin Musayev

11:48 7 İyun 2020

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ilə bağlı məsələyə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, “Xəzər TV”yə müsahibəsində bildirib ki, Premyer Liqada növbəti mövsüm 10 komandanın iştirak edəcəyi barədə daha əvvəl verdiyi açıqlamanı özündən çıxarmayıb: “Bu, AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərar idi".

 

O deyib ki, hazırkı vəziyyət növbəti mövsümün 8 komandalı çempionat olacağından xəbər verir: “İki ay ərzində hər şey dəyişə bilər. Əvvəlki günümüzə qayıda bilsək, komandaların sayını 10-a da yüksəltmək olar”.

 

Müsahibə ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

 

 


Digər xəbərlər

Xəbər xətti