Mübariz Mənsimov bu binanı 10 milyon manata satır? - FOTO

13:10 7 İyun 2020

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov Azərbaycandakı biznesindən geri çəkilməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, hazırda Türkiyədə həbs həyatı yaşayan iş adamı borc yükü səbəbindən bu addımı atmağı lazım bilib.Onun göstərişi ilə "Palmali”nin Bakıdakı mərkəzi ofisi satışa çıxarılıb. Qız qalasının yaxınlığında yerləşən, 2005-ci ildən "Palmali” şirkətinə məxsus olan binanın müəyyən hissəsi 2016-cı ildə təmir olunduqdan sonra "Xəzər Lənkəran”ın ixtiyarına verilmişdi.

 

İndi isə bura müştəri axtarılır. Qiymətə gəlincə, bir neçə mərtəbədən ibarət binanın 10 milyon manata satışa çıxarılması barədə qeyri-rəsmi bilgilər var.Daha əvvəl "Xəzər Lənkəran”ın keçmiş ofisi, Məmməd Araz küçəsində (köhnə Teymur Əliyev) yerləşən bina da "Palmali” tərəfindən satışa çıxarılmışdı.

 

Lakin heç kim binaya 5 milyon manat ödəmədiyindən, klubun keçmiş ofisi icarəyə verilib. Hazırda həmin binada "Dünya Estetik Klinikası” fəaliyyət göstərir. (sportinfo.az)



Digər xəbərlər

Xəbər xətti