Rusiyanın “Rubin” klubunun daha 4 futbolçusunda koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Məlumata görə, komandanın hücumçusu Darko Yevtiç, müdafiəçi Silvie Beqiç, qapıçı İvan Konovalov və yarımmüdafiəçi Soltmurad Bakaevin koronavirus testi müsbət nəticələnib.
Komandanın daha əvvəl koronavirusa yoluxduğu açıqlanan müdafiəçisi Nikolay Poyarkov istisna olmaqla, bütün üzvlərinin testi mənfidir və məşqləri davam etdirə bilərlər.