“Sabah”ın futbolçusu “Beşiktaş”ın hədəfində

09:33 8 İyun 2020

“Beşiktaş” növbəti transfer dönəmində ölkə xaricində çıxış edən gənc türk futbolçuları almağa çalışacaq.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü ilə də maraqlanır. “Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən “qara qartallar” onun əvəzinə qardaşını almaq fikrindədir. Məlumata görə, Super Liqanın digər təmsilçisi “Kasımpaşa” da 21 yaşlı oyunçunu istəyir.

 
Ozan Can Kökçü Azərbaycanın U-21 millisinin üzvüdür. O, ötən il “Girəsunspor”dan “Sabah”a keçib.


Digər xəbərlər

Xəbər xətti