Azərbaycan yığmasının şərəfini xeyli sayda milliləşdirilimiş futbolçu qoruyub. Coğrafi yaxınlıq millidə Rusiyanın Dağıstan Respublikasında doğulan oyunçuların daha çox olmasını şərtləndirən əsas amillərdən biri olub.
Sportarena.az xəbər verir ki, onların içərisində hücumçu İbrahim Həsənbəyovun xüsusi yeri var. Jurnalist Araz Əhmədov bu dəfə 29 yaşında faciəvi şəkildə dünyasını dəyişən futbolçunun həyatına həsr edilən videosüjet hazırlayıb.