Avropa çempionumuz: “Karantini pozmamışam, evimə usta çağırmamışam”

16:00 8 İyun 2020

“Mən karantini pozmamışam. Əksinə həmişə insanları karantini pozmamağa çağırmışam”.

 

Sportarena.az xəbər verir ki, bunu Oxu.Az-a karate üzrə Avropa çempionumuz Niyazi Əliyev deyib.O, karantini pozması ilə bağlı yazılan xəbərə münasibət bildirib. İkiqat Avropa çempionu, I Ümumdünya Döyüş Oyunlarının qalibi, dünya çempionatının, I Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının mükafatçısı evində usta işləmədiyini deyib:

 

“Həmin evi valideynlərimiz üçün tikirik. O evin tikintisində özüm də iştirak edirəm. Orda heç bir usta olmayıb. Sement qarışdıranlar qardaşım və qardaşım uşaqlarıdır. Biz hamımız Maştağada bir həyətdə qalırıq. Yəni kənardan bizə heç kim gəlməyib.Sadəcə, həmin vaxt bir az istirahət edib qəlyan çəkmək qərarına gəldim. Qəlyan çəkmək də ancaq kafelərdə qadağandır. Həmçinin, həyətimizdə kabab da bişirmişik. Bununla da karantini pozmuş sayılmırıq. Demək istədiyim odur ki, dövlətimizin qoyduğu qaydalara hörmət edən insanam. Hamı belə bilsin”.


Digər xəbərlər

Xəbər xətti