Azərbaycan kuboku ləğv edildi

18:46 8 İyun 2020

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:


- Birinci və İkinci liqalarda, Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

 

 - Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.


Digər xəbərlər

Xəbər xətti