“Qarabağ” kolumbiyalı müdafiəçi ilə anlaşdı

01:03 11 İyun 2020

“Qarabağ” artıq indidən növbəti mövsümün transfer çalışmalarına başlayıb.

 

Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağdam klubu kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina ilə anlaşıb.Tərəflər arasında ilkin razılıq əldə olunub. Lakin bu transfer koronavirusun yaratdığı vəziyyətdən də asılı olacaq. 

 

Son mövsümü Portuqaliyanın “Çaveş” klubunda keçirən Medinanın uçuşlar bərpa olunduqdan sonra taleyinə tam aydınlıq gələcək. 

 

Qeyd edək ki, Peşəkar karyerasına Portuqaliyanın “Moura” klubunda başlayan Kevin Medina “Sintrense”, “Pinhalnovense”, “Akademiko de Viseu” klublarında çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti