Azərbaycan çempionatının 21-ci turuna hazırlaşan “Qarabağ” və “Sabah” yoxlama görüşü keçirib.
Sportarena.az xəbər verir ki, “Əlincə Arena”da keçirilən matç 5:0 hesabı ilə Qurban Qurbanovun komandasının xeyrinə başa çatıb.Qollardan ikisini Mahir Emreli, digərlərini isə Filip Ozobiç, Xayme Romero və Ovusu Kvabena vurub.