"Üç aya yaxındır futbol oynamırdıq. Ayın 1-dən müəyyən fasilələrlə məşqə başlamışıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov "Səbail"lə keçirilən yoxlama oyunundan (2:2) sonra mətbuat konfransında deyib.
O, komandasının istəkli olduğunu bildirib: "İstədiyimiz o idi ki, futbolçularda istək görək. Fikrimcə, bunu görə bildik. İstədiyimiz oyunu görmək üçün 2 həftə yetərli deyil. Ancaq başqa variant da yoxdur".