Pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyev koronavirusdan sağalıb.
Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, idmançımızın verdiyi son testin nəticəsi neqativ çıxıb.Artıq o, müalicə aldığı klinikadan evə buraxılıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin mayoru olan Bayram Əliyevin ötən ayın 20-də koronavirusla bağlı verdiyi test pozitiv çıxıb. Daha sonra o, Atletlər Kəndində 10 gün karantin rejimində müalicə alıb və sağaldığı güman edilib. Lakin sonradan müəyyən olunub ki, idmançının ağciyərləri sıradan çıxıb. Nəticədə, B.Əliyev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilib və burada müalicəsini davam etdirib.
Əlavə edək ki, futbol məşqçisi Nadir Qasımov da koronavirusdan sağalaraq evə buraxılıb.