Meksika milli komandasının sabiq futbolçusu Aaron Padilya vəfat edib.
Sportarena.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 78 yaşlı sabiq futbolçu koronavirusdan dünyasını dəyişib.
Meksika yığmasında 55 oyun keçirən Padilya yığmada 8 qol vurub. Keçmiş hücumçu bu ölkənin “Pumas”, “Atlante” və “Verakrus” klubdarında da forma geyinib.