"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo komandanın vingeri İrvinq Losanonu məşqdən qovub.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis meksikalı futbolçunu hazırlığa kifayət qədər köklənmədiyi üçün məşqdən uzaqlaşdırıb.
"Napoli" iyunun 17-də İtaliya kubokunun finalında "Yuventus"la qarşılaşacaq.