"Spartak"ın baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev barədə danışıb.
Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib:
"Ayazla problemimiz oldu və o, hazırda əsas komandada deyil. Klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Ayazın komandaya qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür və qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdur".
Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.