"Neftçi"nin avtobusu qəzaya düşdü, sürücüsü yumruq davasına çıxdı - FOTOLAR + VİDEO

21:55 16 İyun 2020

"Neftçi"nin avtobusu futbolçuları məşqə apararkən qəzaya düşüb.

 

Sportarena.az xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində baş verib.Qəzanın baş verməsinə səbəb sağ zolaqda hərəkət edən taksi sürücüsünün məsafəyə əməl etməməsi olub. Tərəflərin mübahisəsi zamanı "Neftçi"nin sürücüsü taksini idarə edən şəxslə yumruq davasına çıxıb.

 

Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət alan olmayıb. 

 

 



Digər xəbərlər

Xəbər xətti