Almaniya Bundesliqasında mövsümün çempionu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Bavariya” ardıcıl 8-ci dəfə ölkə çempionu olub.Münhen təmsilçisi buna “Verder”ə 1:0 hesabı ilə qalib gələrək nail olub.
Robert Levandovski qələbə topu sayəsində xallarının sayını 76-ya çatdıran münhenlilər sona 3 tur qalmış ən yaxın izləyicisi Dortmund “Borussiya”sını 10 xal qabaqlayıb.