Türkiyənin “Akhisarspor” klubunun 67 yaşlı baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, Vuralla yanaşı, komandanın daha 10 üzvünün koronavirus testi pozitiv çıxıb. Onlardan 3-ü futbolçudur. “Akhisarspor”un digər oyunçuları da koronavirus testi üçün müraciət edib.