Qələbəni azarkeşlərlə qeyd edən klub cəzalandırıldı

16:03 21 İyun 2020

Almaniya Futbol Liqası “Union Berlin” klubunu və iki futbolçusunu cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.Klubun cəzalanmasına Bundesliqanın 32-ci turunda “Paderborn”u məğlub etdikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi səbəb olub.

 

“Union Berlin”in iki futbolçusu – Kristofer Trimmel və Şeraldo Bekker də cəzalandırılıb. Hər iki futbolçu koronavirus testi verəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti