Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 4 futbolçu bombardir tituluna yiyələnib.
Sportarena.az xəbər verir ki, bunlar "Neftçi"dən Baqali Dabo və Stiven Monroz, "Sumqayıt"dan Peyman Babayi və "Qarabağ"dan Mahir Emrelidi. Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədi ki, bombardir adına 4 şərik olur.
Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdu.
İndiyədək ən çox futbolçusu bombardir olan klub "Neftçi”di. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan "Qarabağ”da bu rəqəm 6-dı. Babayi "Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb (pfl.az).