Cokoviç koronavirus testi verməkdən imtina etdi

16:40 22 İyun 2020

Dünya "bir nömrə"si Novak Cokoviç koronavirus testi verməkdən imtina edib.

 

Sportarena.az xəbər verir ki, Cokoviç özünü yaxşı hiss etdiyi və hər hansısa simptomu olmadığı üçün, koronavirus analizindən keçməyi planlaşdırmır. 

 

Novakın Zadardakı turnirində iştirak edən Qriqor Dimitrov ötən gün COVID-19-a yoluxduğunu açıqlamışdı. Serb tennisçi onunla yaxın təmasda olan şəxslərdən biridi. Cokoviçin Belqrada qayıtdıqdan sonra epidemioloqu ilə məsləhətləşəcəyi və onun tövsiyələrinə uyğun hərəkət edəcəyi bildirilir.

 

Qeyd edək ki, 33 yaşlı raketka ustasının məşqçisi Qoran İvanişeviçin üç gün əvvəl verdiyi analizin nəticəsi neqativ çıxıb.


Digər xəbərlər

Xəbər xətti