Daha bir tennisçidə koronavirus aşkarlandı

12:27 23 İyun 2020

Borna Çoriç Novak Cokoviçin təşkilatçılığı ilə Zadarda keçirilən turnirdən sonra koronavirusa yoluxduğunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Çoriçin koronavirus testinin nəticəsi pozitiv çıxıb. Xorvat tennisçi "Instagram" hesabında bu barədə məlumat verib:

 

"Son günlərdə mənimlə əlaqədə olan şəxslərdən koronavirus testindən keçmələrini xahiş edirəm. Təəssüf ki, sizə zərər vura bilərəm. Hazırda özümü yaxşı hiss edirəm və heç bir simptom yoxdu. Özünüzü və sağlamlığınızı qoruyun".

 

"Sportklub" Çoriçlə yanaşı, Qriqor Dimitrovun məşqçisi və Cokoviçin fitnes-məşqçisində də koronavirus aşkarlandığını yazıb.

 

Daha əvvəl Qriqor Dimitrov COVID-19-a yoluxduğunu açıqlamışdı. 


Digər xəbərlər

Xəbər xətti