Azərbaycan Premyer Liqası dünyada ikinci oldu

13:57 23 İyun 2020

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyada ən gənc baş məşqçilərin çalışdığı ölkələrin siyahısını hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, 79 ölkənin 110 liqası üzrə aparılan araşdırmaya əsasən, siyahıda Azərbaycan Premyer Liqası da yer alıb. Ölkə çempionatımızda mütəxəssislərin orta yaş həddi 42,20-dir. Premyer Liqamız bu göstərici ilə  2-ci pillədə  qərarlaşıb.
 

Qeyd edək ki, siyahıya Estoniya (40,97) başçılıq edir.  Farer adaları isə (42,33) 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti