"Mançester Siti"nin hücumçusu Serxio Aquero Premyer Liqanın 30-cu turu çərçivəsində "Börnli" ilə oynanılan matçda (5:0) zədələnib.
Sportarena.az xəbər verir ki, Aquero menisküsündən zədə alıb. Argentinalı futbolçunun atası Lionel del Kastilyo "La Red"ə açıqlamasında bu barədə məlumat verib:
"Serxio ilə indi danışmışam. Dizində problem var. Menisküsündən zədə alıb. Çərşənbə axşamı yoxlamadan keçəcək və zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək. Daha öncə olduğu kimi, Aquero yenə Barselonada əməliyyat olunacaq".
"Börnli" ilə oyunun 45-ci dəqiqəsində rəqibin müdafiəçisi Ben Mi cərimə meydançası daxilində Aqueroya qarşı sərt oynamışdı. Nəticədə hakim Andre Marriner penalti təyin etmişdi.