“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Sportarena.az xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçi də heyətində saxlamağa qərar verib.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Boyoviçlə yeni 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.