İtaliya A Seriyasının 27-ci turu çərçivəsində “Yuventus”un “Bolonya”ya 2:0 hesabı ilə qalib gəldiyi oyun hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu, A Seriyasının tarixinə düşüb.Belə ki, qarşılaşmada “qoca sinyora”nın ilk qolunu vuran Ronaldo, A Seriyasındakı qolların sayını 43-ə çatdırıb. Bu göstərici ilə o, turnir tarixində ən çox qol vuran portuqaliyalı futbolçu ünvanına yiyələnib. O, bu göstəricidə “Milan” və “Fiorentina”nın sabiq futbolçusu Ruy Koştanı geridə qoyub.
Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a transfer olunub.