Fransanın PSJ klubunun futbolçuları və məşqçi heyəti koronavirus testindən keçiblər.
Sportarena.az xəbər verir ki, testlərin nəticəsinə əsasən, 3 futbolçu və məşqçilər heyətində 1 nəfərin daha əvvəl koronavirusa yoluxduğu və sağaldığı məlum olub.Hazırda onların virus daşıyıcısı olmadığı və məşqlərə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, Fransada 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ çempion elan olunub.