İtaliyanın “Milan” klubu müdafiəçisi Mateo Musakkionu uzun müddətə itirib.
Sportarena.az xəbər verir ki, son dövrlər sol ayağındakı ağrılardan əziyyət çəkən futbolçunun əməliyyat olunmasına qərar verilib.Klubun rəsmi saytının yaydığı məlumata görə, 29 yaşlı oyunçunun əməliyyatı uğurlu alınıb. Argentinalı müdafiəçinin bərpası isə azı 4 ay çəkəcək. Bu isə o demək ki, Musakkio üçün cari mövsüm artıq başa çatıb.
Musakkio bu mövsüm A Seriyasında 18 oyun keçirib.