"Keşlə" yeni mövsüm üçün ikinci transferini həyata keçirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Şəhriyar Əliyevi heyətinə cəlb edib. 27 yaşlı müdafiəçinin yeni mövsümdən etibarən komandanın şərəfini qoruyacağı bildirilib. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış futbolçunun son klubu "Sumqayıt" olub.
Xatırladaq ki, "Keşlə" bundan əvvəl "Neftçi"dən ayrılan Tural Axundovu da transfer edib.