Kamil Zeynallının 8 yaşlı qızı yenə maşın sürdü, benzini bitib yolda qaldı - VİDEO

16:18 27 İyun 2020

Fitnes məşqçisi Kamil Zeynallı Qəbələdə səkkiz yaşlı qızı Sahilə ilə yenə maşın sürüb.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, yenə Sahilə sükan arxasına keçib.Lakin ata-bala maşın sürərkən benzin bitib. Nəticədə onlar maşını xüsusi kəmərlə digər avtomobilin arxasına bağlayıb, aparmalı olublar.

 

Qeyd edək ki, bundan əvvəl də Kamilin qızı Sahilə karantin rejimi günlərini əyləncəli keçirmək üçün getdiyi rayonlardan birində avtomobilin sükanı arxasına keçmişdi. 

 

Xatırladaq ki, 18 yaşına çatmamış və sürücülük vəsiqəsi olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsi qanunla qadağandır. Paylaşılan videogörüntülərdə yol hərəkəti qaydaları kobud şəkildə pozulur.

 

 


Xəbər xətti