Qurban Qurbanovun oğluna ölkə xaricindən təklif gəlib

18:00 27 İyun 2020

"Musa Qurbanlının "Qarabağ"a gəlişi mənim inadımla olub. Qurban Qurbanov onun "Neftçi"də qalmasını istəyirdi". 

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report”un "Instagram” səhifəsində canlı yayımda Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib. Sadıqov bu keçidə problem yaratmayan "Neftçi" rəhbərliyinə təşəkkürünü bildirib. 

 

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi "Qarabağ"ın U-19 komandasında hücumçunun baş məşqçisi olduğunu xatırladıb. Sadıqovun sözlərinə görə, Qurbanlının Ağdam təmsilçisinin əsas heyətində oynaması çox tezdi: "Musa Qurbanlıya xarici klublardan da təklif olmuşdu. Bütün gənclər kimi onun da üzərində işləyirik".  


Digər xəbərlər

Xəbər xətti