“Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.
Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.